Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir - Video

zirehli-texnikalarin-ekipajlari-doyus-verdislerini-tekmillesdirir
Oxunma sayı: 826

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti  ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.