Ziya Məmmədovun kadrı işdən çıxarıldı

ziya-memmedovun-kadri-isden-cixarildi
Oxunma sayı: 1466

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo”nun Baku.ws-ə istinadən məlumatına görə, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir. 

Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. O, eks-nazirin oğlu Anar Məmmədovun yaxın dostudur. 

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.