Ziyafət Abbasova ruhi-əsəb dispanserindən çıxarıldı

ziyafet-abbasova-ruhi-eseb-dispanserinden-cixarildi
Oxunma sayı: 5316

İyunun 6-da ruhi-əsəb dispanserinə yerləşdirilən  Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ziyafət Abbasovanın yeri dəyişdirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Z.Abbasovanın müalicəsi digər xəstəxanada davam etdirilir: “Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə ADR üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun saxlanılması ilə bağlı iddialar da səsləndirilib. Sonradan DİN açıqlama yayaraq Z.Abbasovanın ruhi-əsəb dispanserinə yerləşdirildiyini bildirib.