Mikayıl Cabbarova sualınız var?

mikayil-cabbarova-sualiniz-var
Oxunma sayı: 1277

Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də saat 11:00-da Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək.

Qafqazinfo”nun məlumatına görə, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri ilə keçiriləcək görüşdə həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Görüşə gəlmək istəyən vətəndaşlar sentyabrın 15, 16, 19, 20, 21-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, görüşə gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.