Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə “BakuBus” MMC 3 nömrəli marşrut xəttinin istiqamətində bir qədər dəyişiklik edib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Belə ki, “Azadlıq prospekti” metro stansiyasının önündən hərəkət edən 3 nömrəli avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə “Gənclik” metro stansiyasına kimi gedəcək.
Son xəbərlər
Son Xəbərlər