Uşaq bayramınız mübarək, şəhid balalarımız...

usaq-bayraminiz-mubarek-sehid-balalarimiz
Oxunma sayı: 4038


“Qafqazinfo” karabakhinfo.com-a istinadən xəbər verir ki, hər bir insan dinindən, etiqadından, etnik və milli kimliyindən asılı olmayaraq uşaqları qorumalı və onlara zərər vuracaq heç nə etməli deyil. “Fəryad” filmində belə bir epizod var... Baxanlar xatırlayar: “Ceyhun Mirzəyevin yaratdığı İsmayıl obrazı əlində kibrit evi yandırmaq istəyən zaman uşağın ağladığını görürür. Səhər onun başına toplanan ermənilər və onların rəhbəri Məlik Dadaşovun yaratdığı Aram Xaçaturyan obrazı ondan “niyə etmədin?” deyə soruşanda, İsmayıl suala-sualla cavab verir: “Sən edərdinmi?” Aram Xaçaturyan qışqıraraq deyir: “Bəli, edərdim”...   Bəli, ermənilər bunu edərdi. Çünki bizə gələn arxiv şəkilləri və sənədlərində ermənilərin uşaqlara qarşı vəhşiliklərinin necə dəhşətli olmasını görürük. Biz indi fotolarla ermənilərin uşaqlara qarşı nələr etdiklərini göstərəcəyik: 

1. 24 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst edilmişdi. 

2. 31 mart 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın girovluqda dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Ömürlük şikəst olmuş A.Hacıyev 2003-cü ilin may ayında vəfat edib. 

3. Hümbətova Nurlanə Arif qızı, Laçın rayonu Şamkənd kənd sakinidir. 1 yaş 6 aylıq olarkən 31 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu ərazisində anası Kərimova Səma Aydın qızı ilə birlikdə girov götürülüb. Erməni hərbçisinin avto-matın qundağı ilə vurduğu zərbədən ömürlük dünya işığına həsrət qalıb. Bir müddət sonra əsirlikdən azad edilib. Bu vaxta qədər 8 dəfə cərrahiyyə əməliyyatı keçirsə də görməsi mümkün olmayıb.

4. Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının himayəsində qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi. Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: "8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər". 

5. 2011-ci ilin iyulunda Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Və adların bilmədiyimiz şəhid uşaqlar...