Yeni məktəb açıldı

yeni-mekteb-acildi
Oxunma sayı: 700

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.

Çıxışçılar Heydər Əliyev Fondunu təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binasının istifadəyə verildiyini diqqətə çatdırıblar. Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilib. Hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sevindirici hal kimi bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi qiymətləndirib.

Millət vəkili Qənirə Paşayeva bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib və bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu çox məmnun edir.

Sonra tədbir iştirakçıları 18 sinif otağından, fizika, kimya laboratoriyaları, 2 informatika otağı, kitabxana və idman zalından ibarət olan, müasir avadanlıqla təmin edilmiş ikimərtəbəli yaraşıqlı məktəb binası ilə tanış olublar.