Tanınmış rejissor boşandı

taninmis-rejissor-bosandi
Oxunma sayı: 2092

Rejissor və ssenarist Osman Sınav 31 illik həyat yoldaşı Tangül Sınavdan boşanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, rejissor İstanbul Ailə Məhkəməsinə müraciət edərək Tangül Sınavdan boşanmaq qərarına gəlib.

Sınav iddia ərizəsində həyat yoldaşıyla fikri və ruhi anlaşılmazlıqlar yaşayıb.

Məhkəmədə söz alan tərəflər boşanma mövzusunda razılaşdıqlarını və boşanmalarına qərar verilməsini məhkəmə hakimindən tələb ediblər.

Məhkəmə hakimi də tərəflərin boşanması haqda qərar verib.

Qeyd edək ki, Osman Sınav "Kurtlar vadisi", "Sakarya-Fırat", "Deli yürek", "Acı hayat" kimi məşhur filmlərin rejissoru olub.