“07”-ni qaçırdı və tutuldu - Kriminal xəbərlər

07-ni-qacirdi-ve-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 690

Noyabrın 20-də M.Əhmədzadə küçəsində yaşayan Alik Lütvəliyev yaşadığı ünvanda şəxsi münasibətlər zəminində Xırdalan şəhər sakini Bəhruz Nurəhmədova bıçaqla xəsarət yetirdiyinə görə Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Noyabrın 17-də 51 saylı xətt avtobusunda Qusar rayon sakini Eldar Seyidrzayevin cibindən 6 ədəd bankomat kartı və 100 manat oğurlanıb. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Famil Şahbazov və Vüsal Mehdiyev yaxalanıblar.

Oktyabrın 16-na keçən gecə Qədirbəyova küçəsində yaşayan Şahin Məmmədyarova məxsus «VAZ-2106» markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə güzgü, maqnitafon və manitor oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Cəbrayılov və Rasim Şükürov noyabrın 20-də yaxalanmışlar. Onların üzərinə baxış keçirilərkən R.Şükürovdan 6 qramdan artıq marixuana aşkar edilmişdir.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax RPŞ tərəfindən AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Andrey Xəlilov noyabrın 20-də yaxalanmışdır.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbəsi Çöllük küçəsində yaşayan Rüstəm Səfərovun həyətində yerləşən qarajdan 6 ədəd patronu ilə birlikdə 7,62 mm çaplı baraban tipli tapança aşkar edilmişdir.

Noyabrın 16-na keçən gecə Bakı şəhər sakini Ağasadıx Mustafayevə məxsus Yesenin küçəsində yerləşən kompyuter salonundan pəncərədən keçmə yolu ilə kompyuter oğurlanmışdır. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tərtər rayon sakini Pünhan Mehdizadə noyabrın 20-də yaxalanmışdır.

İyulun 24-də naməlum şəxs Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Şakir Əliyevin mobil telefonu əlindən alaraq qaçmışdır. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ucar rayon sakini Hüseyn Hüseynov noyabrın 19-da yaxalanmışdır.

Səbail RPİ 9-cu PB-nin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Vüqar Əhmədov noyabrın 19-da yaxalanmışdır.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Əmralı Yaqubov və Rəşad Bayramlı noyabrın 19-da yaxalanmışdır. Məlum olmuşdur ki, onlar noyabrın 12-də Bakıxanov qəsəbəsi Ə.Cəfərov küçəsində yaşayan Tural Həsənova məxsus həmin ünvanda yerləşən mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 850 manat və tütün məmulatları, noyabrın 18-nə keçən gecə yenidən eyni mağazadan 320 manat dəyərində tütün məmulatları və 25 manat dəyərində boyalar oğurlamışlar.

Noyabrın 19-da R.Rza küçəsində naməlum şəxs Hövsan qəsəbə sakini Pərvin Hüseynova bıçaq xəsarəti yetirmişdir. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Quliyev noyabrın 19-da yaxalanmışdır.

Noyabrın 16-da Rüstəmov küçəsində Bakı şəhər sakini Ramin Seyidliyə məxsus «VAZ-2107» markalı avtomobil qaçırılmışdır. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Arif Əliyev noyabrın 18-də Bakıxanov qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılmışdır.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Rəfayıl Əhmədov noyabrın 19-da yaxalanmışdır.