10 milyon üçün ekranlara qayıdır

10-milyon-ucun-ekranlara-qayidir
Oxunma sayı: 2165

Meqastar Tarkanın siması olduğu “Coca Cola” şirkətindən aldığı qonorarın miqdarı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə şirkətin müğənni ilə 3 milyon TL-yə razılaşdığı deyilsə də, bu xəbər həqiqəti əks etdirməyib.  

Tarkan reklam çarxı üçün 10 milyon lirə qonorar əldə edib.  O, həmçinin reklam üçün özəl olaraq mahnı bəstələyib.  

Bu məqamda bildirək ki, çəkilişlər bir neçə gündür davam edir.  Sənətçi üç il sonra bu reklamla ekranlara geri qayıdacaq.