16 yaşlı Azərbaycanlı qatil

16-yasli-azerbaycanli-qatil
Oxunma sayı: 659

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 16 yaşlı Alena Qonçarovanın sinif yoldaşı Sabir Məmmədov tərəfindən öldürülməsi hiddətlənən yerli əhali xalq məclisi yaradaraq burada yaşayan azərbaycanlıların kənddən çıxarılması tələbi irəli sürüblər.

Polis orqanları tərəfindən aparılan təhqiqata görə, hadisə 2011-ci ilin dekabrın 29-da baş verib. Axşam saatlarında diskotekadan çıxan gənc qız qonşuluqda yaşayan azərbaycanlı Sabir Məmmədov tərəfindən aldadılaraq evə aparılıb. S. Məmmədov onu boğaraq bir neçə gün evin mətbəxində saxlayıb.

Qızın cəsədi yanvarın 4-də tərk edilmiş evin xarabalıqlarında tapılıb. Cinayətdə şübhəli bilinən S.Məmmədov bildirib ki, cinayəti törətməsinə səbəb mərhuma sonsuz məhəbbəti olub. Hal-hazırda cinayət hadisəsinin araşdırılması davam edir.

Kənddə yaşayan Azərbaycan diasporunun nümayəndələri mərhumun yaxınlarına başsağlığı verərək, Sabir Məmmədovu törətdiyi cinayətdə təqsirli saydıqlarını və onun layiqli cəza alacağını bildiriblər.

Onların verdiyi bəyanatda deyilir ki, cinayəti törədən layiqli cəzasını çəkməlidir. Cinayət işi getdiyi müddətdə Azərbaycan diasporu tərəfindən cinayətdə şübhəli bilinən Sabir Məmmədova heç bir dəstək verilməyəcək. Onlar bu cinayəti tənqid ediblər.

Krasnoyarsk vilayəti qubernatorunun mətbuat xidmətinin rəhbəri İqor Astapovun verdiyi məlumata görə, məktəbli qızın qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqını vilayət rəhbəri Lev Kuznetsov öz nəzarətinə götürüb.