17 yaşı var, amma Türkiyədə rekord qırır

17-yasi-var-amma-turkiyede-rekord-qirir
Oxunma sayı: 4517

Azərbaycanlı sosial şəbəkə fenomeni, müğənni Əli Türkoğlunun (Bayramov) “Yokluğunun ertesi” adlı layihəsi Türkiyədə marağa səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bir ilə yaxındır ki, İstanbula köçən və fəaliyyətini orada davam edən ifaçının son klipi iki gündə 700 minə yaxın insan tərəfindən baxılıb, 1700-dən çox şərh yazılıb.  17 yaşlı gəncin mahnısı və klipi Türkiyə vətəndaşları tərəfindən bəyənilib, müsbət rəy verilib. 

Bu məqamda bildirək ki, Əli “Youtube” dünya trendinə girən ilk azərbaycanlı, Türkiyədə musiqi platformalarında ən çox satılan mahnının ifaçısıdır ( “Bu, benim öyküm”- 141 milyon). Bundan əlavə, o, "Altın Kelebek" mükafat mərasimində “Özünü ən yaxşı təqdim edən” nominasiyası üzrə namizəddir.