187 milyon avro maaşlı işdə işləmək istəyir - 9 yaşı var + Foto

187-milyon-avro-maasli-isde-islemek-isteyir
Oxunma sayı: 1332

NASA dünyanı yadplanetlilərin bioloji istilasından qorumaq üçün maaş 187 milyon dollar olan “planetlərarası mühafizə işçisi” axtarır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşı 9 yaşlı Cek Devis NASA-ya müraciət edərək həmin işdə işləmək istədiyini bildirib.

Cek məktubda bunları qeyd edib:

“Dəyərli NASA. 9 yaşım olsa da, bu iş üçün uyğun olduğumu düşünürəm. Bunun səbəblərindən biri bacımın mənə “yadplanetli” deyə səslənməsidir. Yadplanetlilərlə bağlı bütün filmləri izləmişəm. Onlar kimi düşünməyi öyrənə bilərəm”.

NASA-nın Planet Elmi bölməsinin rəhbəri Ceyms Qrin 9 yaşlı uşağa isə bu cavabı yazıb:

“Hər zaman bizə kömək edəcək parlaq və uğurlu elm adamlarını və mühəndisləri axtarırıq. Ümid edirəm sən də çox çalışacaq və təhsilində uğurlu olarsan. Gələcəkdə səni NASA-da görmək istəyərik”.

Planetlərarası mühafizə işçisinin vəzifəsi planetləri kosmosdan gələn təbii və bioloji təhlükələrdən qorumaq olacaq. Eyni zamanda, kosmik kəşflər zamanı digər planetlərin zərər görməsinin qarşısını almalıdır.

Müraciət edəcək namizədlər Amerika Birləşmiş Ştatları vətəndaşı olmalı, ən az bir il dövlət məmuru olmalı və yüksək səviyyədə fizika, riyaziyat, mühəndislik və planetlərarası qoruma məlumatlarına malik olmalıdır.

Müraciət üçün son tarix 14 avqustdur. Yuxarıda qeyd edilən şərtlərə malik namizəd tapılmazsa ABŞ vətəndaşı olmayan namizədlərin də müraciətləri nəzərə alınacaq.