“2000-ci ildəki zəlzələ təkrarlansa...”

2000-ci-ildeki-zelzele-tekrarlansa
Oxunma sayı: 3378

"Ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir. Bunları açıqlamırıq. Hər gün ən 5-10 belə təkanlar olur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, Xəzər dənizində son vaxtlar güclü təkanlar olmur:

"2000-ci ildəki zəlzələ təkrarlansa, bu dağı (Badamdarda sürüşmə verən) görə bilmərik, tamamilə aşağı uçar, buralar düzənlik olar. Göy-göl elə belə əmələ gəlməyib ki?"