28 ildir SSRİ pasportu ilə Türkiyədə yaşayır

28-ildir-ssri-pasportu-ile-turkiyede-yasayir
Oxunma sayı: 3737

1961-ci il təvəllüdlü ukraynalı qadın Aleksandra Dravetskaya 28 ildir ki, SSRİ pasportu ilə Türkiyədə yaşayır.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 90-cı illərdə SSRİ-nin dağılması ərəfəsində Aleksandra qeyri-leqal şəkildə Türkiyədə yaşayırmış. O, gəmi ticarəti ilə məşğul olaraq, malları İstanbuldan Kiyevə daşıyıb. 90-cı illərin ortalarında Dravetskaya İstanbuldakı Ukrayna konsulluğuna pasport üçün müraciət etsə də, ona bildirilib ki, sənədləri dövlət arxivində yoxdur. Aleksandra bu səbəbdən SSRİ pasportu ilə yaşamağa davam edib.

O hətta türk vətəndaşla ailə qurub. Dravetskaya artıq Ukrayna pasportu deyil, Türkiyə qeydiyyatına düşmək üçün yaşadığı ölkənin şəxsiyyət vəsiqəsini almaq istəyir.