28 yaşlı futbolçu oyun zamanı öldü

28 yaşlı futbolçu oyun zamanı öldü
Oxunma sayı: 1087

Cənubi Afrikanın “Malanti Çifz” klubunun futbolçusu Fati Papi dünyasını dəyişib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Mamba” klubuna qarşı keçirilən matçda infarkt keçirib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fati Papi 2012-ci ildən Burundi millisində forma geyinirdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi