37 yaşlı qadın dördəm dünyaya gətirdi

37-yasli-qadin-dordem-dunyaya-getirdi
Oxunma sayı: 2232

Rusiyanın Sankt-Peterburq şəhər sakini Oksana Morozova dördəm dünyaya gətirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, körpələrdən üçü oğlan, biri isə qızdır. Onların ümumi çəkisi altı kiloqramdır. Uşaqlar qadının hamiləliyinin 35-ci həftəsində dünyaya göz açıb.

Xatırladaq ki, ötən il Sankt-Peterburqda analoji hadisə iki dəfə yaşanmışdı.