“54 gün erməni mühasirəsində”

54-gun-ermeni-muhasiresinde
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, təqdimatı açan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva ilk öncə Azərbaycanın ərazi bütövlüyü naminə vuruşub şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Millət vəkili “54 gün erməni mühasirəsində” kitabı haqqında məlumat verərək, burada kitab müəllifi Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatının əks olunduğunu qeyd edib. Qənirə Paşayeva bildirdi ki, kitabın nəinki xaricdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında yayılmağa başladığını və bu prosesin daha da genişlənəcəyini bildirib. O, kitabın xarici dillərə çevrilməsi üzərində də iş getdiyini və yaxın zamanlarda “Əlli dörd gün erməni mühasirəsində” bəzi xarici dillərdə çap olunaraq xaricdə yayılacağını da bildirib.

Tədbirdə eyni zamanda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi -Şuşa” filmi ilə bağlı da məlumat verən millət vəkili filmin artıq Azərbaycanla yanaşı Türkiyənin bəzi şəhər, universitet və mərkəzlərində, Gürcüstanda təqdimatlarının keçirildiyini və bu tədbirlər çərçivəsində filmin nüsxələrinin geniş çəkildə yayıldığını bildirdi.

Təqdimatda iştirak edən millət vəkilləri Nazim Fərəcov, Rövşən Rzayev, Elman Məmmədov, Aydın Mirzəzadə, Flora Qasımova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və Laçın rayon İcra Hakimiyyətinin rəsmiləri öz çıxışlarında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabının əhəmiyyətini vurğuladılar və Ali baş komandan İlham Əliyevin əmri ilə hər an Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad etməyə hazır olduqlarını ifadə ediblər.

Təqdimatda iştirak edən kitabın müəllifi, Laçın rayonundan məcburi köçkün Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqqında ətraflı məlumatlar verib

Təqdimatın sonunda Əli Əliyevin “54 gün erməni mühasirəsində” kitabı və “Dağıdılmış mədəniyyət beşiyi -Şuşa” filminin nüsxələri tədbir iştirakçılarına təqdim olunub.