85 magistr qeydiyyatdan keçməyi unutdu

85-magistr-qeydiyyatdan-kecmeyi-unutdu
Oxunma sayı: 637

“Qafqazinfo”nun TQDK-nın rəsmi saytına istinadən məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində boş plan yerlərinə qəbul olunmuş 346 bakalavrdan 261-i qəbul olunduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçib.

TQDK qeydiyyatdan keçməyən bakalavrların nəzərinə çatdırır ki, verilmiş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.