ABŞ polisindən aksiyada qadın professora qarşı zorakılıq - Video

abs-polisinden-aksiyada-qadin-professora-qarsi-zorakiliq
Oxunma sayı: 1433

ABŞ-nin bir neçə universitetində İsrail-HƏMAS müharibəsinə qarşı etiraz aksiyaları keçirilir.

“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən Emori Universitetində də aksiya iştirakçıları çadırlar qurub.

Məlumata görə, polis buradakı aksiya iştirakçılarının çadırlarını dağıdıb. Etirazçıların sözlərinə görə, polis əməkdaşları dinc nümayişçilərə qarşı səbəbsiz yerə zorakılıq nümayiş etdirib. 

Yayılan görüntülərdə polisin universitetin qadın professorlarından biri Caroline Fohlini yerə yıxaraq saxladığını, digər bir etirazçıya qarşı isə elektroşok cihazından istifadə etdiyini görmək mümkündür. Bununla yanaşı, saxlanılanlar arasında universitetin digər əməkdaşının da olduğu bildirilir.