9 il iş istədilər - Nazirin qardaşı şikayətçidir

9-il-is-istediler
Oxunma sayı: 678

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Nəbiyevin vəkili Ceyhun Yusifov hakimlər kollegiyasına etiraz vermək istədiyini bildirib, ona vaxt verilib. Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Murad Ahmed