9 yaşında zorlanma, 14 yaşında körpə itkisi... - Bir qadının hekayəsi

9-yasinda-zorlanma-14-yasinda-korpe-itkisi
Oxunma sayı: 2679

Amerikanın ən kədərli həyat hekayəsinə sahib qaradərili milyarder qadını Opra Uinfri indiki statusuna heç də asan yolla nail olmayıb.

"Qafqazinfo" Opranın həyatındakı 9 mühüm hadisəni təqdim edir: 

1. 9 yaşında ikən əmisinin təcavüzünə məruz qalan Opra evdən qovulur. Küçədə qalan qızcığaz xeyriyyə qrumlarına baş vursa da, ona heç bir köməklik göstərilmir. 14 yaşında ilk uşağını dünyaya gətirir, ancaq körpə yaşamır. Opra bir daha ana ola bilmir. 

2. Ümidini hər şeydən üzdüyü anda anasından ayrı yaşayan atası ona kömək edir. Narkotik asılılığından da məhz atasının yanında xilas olur. 

3. 17 yaşında artıq özünə inamı artan Opra Tennessedə gözəllik müsabiqəsinə qatılır və insanların ona marağı yaranır. 

 4. 19 yaşı olanda özünü başqa cür ifadə etmək qərarına gələn Uinfri ilk qaradərili proqram aparıcısı olaraq "Nashville"də işə başlayır. Televiziyanın onun üçün nəfəslik olduğunu deyən Opranın yüksəlişi başlayır. 

5. Ardınca Baltimorda teleaparıcı kimi karyerasına davam edir və "People are Talking" verilişini aparır. Bu proqramla insnaların dərdini daha yaxından dinləyir. 

6. 1984-cü ildə Çikaqoda "Oprah Winfrey Show"nu təqdim etməyə başlayır. Karyerasında sürətlə irəliləməyə başlayır. 

7. 1985-ci ildə Stiven Şpilberqin "The Color Purple" filminə çəkilir və roluna görə "Oskar" mükafatına namizəd olur. Bundan sonra isə aparıcılığa daha da möhkəm bağlanır. 

8. 90-cı illərdə artıq Amerikanın ən çox izlənilən səhər verilişini aparır və Opra adı bir brendə çevrilib. Verilişində rok ulduzlardan tutmuş, siyasətçilərədək hər kəsi qonaq edib. İnsanların Opraya inamı artıb. 

9. Son illərdə prodüserlik edən Opra siyasət aləminə atılaraq növbəti prezident seçkilərində namziədliyini vermək niyyətindədir.