ABŞ-dan 5 nəfər və 4 şirkətə sanksiya

abs-dan-5-nefer-ve-4-sirkete-sanksiya
Oxunma sayı: 1313

ABŞ Xəzinə Nazirliyi İran, Suriya və Rusiyada fəaliyyət göstərən 5 nəfər və 4 şirkətə sanksiya tətbiq edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sanksiyaya məruz qalanlar terrorçulara maliyyə dəstəyi verməkdə ittiham ediliblər.

Sanksiya siyahısına salınanların ABŞ-la ticarət əlaqələri qadağan edilib.

Şəxslər:

Suriya vətəndaşı Məhəmməd Amer Alçviki

İran Mərkəzi Bankının Beynəlxalq Depratamentinin direktoru Rəsul Səccad

Rəsul Səccadın köməkçisi Hüseyn Yaqubi

“Promsyrioimport”un direktor müavini Andrey Doqaev

Məhəmməd Qasım al-Bazzal

Şirkətlər:

Məhəmməd Amer Alçvikinin Rusiyadakı “Global Vision Group” adl şirkəti

“Promsyrioimport”

“Mir Biznes Bankı”

“Tadbir Kiş Tibbi və Əczaçılıq Kompaniyası”