Zaqatalada 15 nəfər dönərdən zəhərləndi - Yenilənib

zaqatalada-15-nefer-donerden-zeherlendi
Oxunma sayı: 1812

Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, zəhərlənən şəxslərin hamısı şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Hazırda zəhərlənən şəxslərə Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda tibbi yardımlar göstərilir.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bildirilib ki, onlardan 5-i uşaqdır:

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.

***

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. 

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

***

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib.

Mübariz Muradov