ABŞ Hindistanı sanksiyalarla hədələdi

abs-hindistani-sanksiyalarla-hedeledi
Oxunma sayı: 1245

ABŞ-ın müdafiə nazirinin Asiya-Sakit Okean regionu üzrə köməkçisi Rendall Şriver ölkəsinin Hindistanın Rusiyadan S-400 zenit-raket kompleksi almasından narahat olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Şriver bu səbəbdən ABŞ-ın Hindistana sanksiyalar tətbiq edəcəyini istisna etmədiyini bildirib. O deyib ki, məsələ ilə bağlı son qərarı prezident Donald Tramp qəbul edəcək.