ABŞ-ı cənginə alan “Barri”… - Fotolar

abs-i-cengine-alan-barri
Oxunma sayı: 2795

ABŞ-da hökm sürən “Barri” qasırğası fəsadlar törətməkdə davam edir.

“Qafqazinfo” “USA One”a istinadən xəbər verir ki, bununla əlaqədar milyonlarla sakin qabaqlayıcı tədbirləri daha da gücləndirib.  

Cənub sahillərində daşqın, eləcə də elektrik enerjisinin kəsilməsi qeydə alınıb. Ən son məlumata görə, Luiziana ştatında 77 mindən çox insan işıqsız qalıb.

ABŞ-da bu ilin ilk qasırğası – “Barri”nin sürəti saatda 75 milə çatdığı deyilir.