ABŞ-ın hərbi bazasına girməyə cəhd edilib

abs-in-herbi-bazasina-girmeye-cehd-edilib
Oxunma sayı: 984

Naməlum şəxs ABŞ-ın İngiltərədəki hərbi bazasına avtomobillə girməyə cəhd edib.

“Qafqazinfo” xarici KİV-ə istinadə xəbər verir ki, hadisə Kembric yaxınlığındakı Maildenholda baş verib.

Polislər avtomobili dayandıra biliblər. Sürücü isə həbs edilib.

Hadisədən sonra baza qısa müddətlik bağlanılıb. Vəziyyət nəzarətə alındıqdan sonra isə yenidən açılıb.

Hazırda hücumun hansı məqsədlə həyata keçirildiyi araşdırılır.