ABŞ-ın səhvən vurduğu polislərin sayı - Açıqlandı

abs-in-sehven-vurdugu-polislerin-sayi
Oxunma sayı: 643

ABŞ ordusunun Əfqanıstana səhvən aviazərbə endirməsi nəticəsində ölənlərin sayı açıqlanıb. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölən 12 nəfərin polis olduğu məlum olub. 

Əfqanıstanın polis orqanlarından bildirilib ki, ölən polislər hərbçilərlə birgə “Taliban” yaraqlılarına qarşı döyüşüblər. 

Qeyd edək ki, Pentaqon aviazərbənin səhvən vurulduğunu təsdiqləyib.

 Aysel Kərimova