ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırıldı

abs-in-turkiyedeki-sefiri-xin-e-cagirildi
Oxunma sayı: 647

ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, səfirə ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edərkən onu müşayiət edən XİN rəhbəri Mövlud Çavuşoğlunun mühafizəçilərinə qarşı ABŞ təhlükəsizlik qüvvələrinin qeyri-peşəkar davranışı ilə bağlı yazılı və şifahi etiraz bildirilib.

Türkiyə XİN-i rəsmən ABŞ hökumətindən bu diplomatik insidenti tam araşdırmağı və zəruri izahatlar təqdim etməyi tələb edib.

Xatırladaq ki, R. T. Ərdoğan mayın 16-da ABŞ-a səfər edib. Vaşinqtonun mərkəzində Türkiyə liderinin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.