“ABŞ yardım etməsə ordumuzu saxlaya bilmərik” - Prezident

abs-yardim-etmese-ordumuzu-saxlaya-bilmerik
Oxunma sayı: 2109

Biz ABŞ-ın dəstəyi və imkanları olmadan ordumuzu altı ay saxlaya bilmərik.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əfqanıstan prezidenti Əşrəf Qani CBS telekanalına müsahibəsində deyib: “Bəli, çünki bizim pulumuz yoxdur”. 

Bununla yanaşı, Qani bildirib ki, öz döyüşlərini aparmaq üçün Əfqanıstana başqa ölkələr lazım deyil. Prezident, həmçinin qeyd edib ki, ölkədə 21 beynəlxalq terror qruplaşmalarının döyüşçüləri fəaliyyət göstərirlər. 

Qeyd edək ki, ötən il təkcə 4 ay ərzində dörd mindən çox əfqan polisi və hərbçisi yaralanıb, 2,5 mini isə ölüb.