Afrində binada partlayış, ölənlər var

afrinde-binada-partlayis-olenler-var
Oxunma sayı: 1204

“Zeytun budağı” hərəkatı çərçivəsində terrorçulardan təmizlənən Afrində bu gün 4 mərtəbəli binada partlayış baş verib.  

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda 7 mülki və 4 Azad Suriya Ordusu nümayəndəsi ölüb. Partlayışın baş verdiyi ərazidə 4 metrlik çuxur yaranıb, bir çox bina isə istifadəyə yarasız hala gəlib.  

Yerli sakinlərin sözlərinə görə, terrorçular bir çox binaya bomba və mina yerləşdiriblər: “Getdilər deyə sevinirdik, amma gedərkən bizi rahat buraxmadılar”.

ASO əsgərlərindən biri isə bildirib ki, yoldaşları binalarda terrorçu olub-olmadığını yoxlayırdılar. İçəri daxil olan zaman partlayış baş verib.