Aksiyaya maneçilik törədildi

aksiyaya-manecilik-toredildi
Oxunma sayı: 641

"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun hadisə yerindən verdiyi xəbərə görə, gənclər "Sahil" metrostansiyasının yanında yürüşə başlayaraq "Malakan" bağına doğru gəliblər və bağa yaxın küçədə yerləşən səfirlik binasına yaxınlaşıblar.

Reportyorumuzun sözlərinə görə, aksiya iştirakçılarının sayı 200 nəfər civarında olub və onlar həm iqtidar, həm də müxalifət düşərgəsinin təmsilçiləridir. Aksiya iştirakçıları Fransa Senatında "erməni genosidi"ni inkara görə cəza nəzərdə tutan qanunun qəbuluna etiraz edir, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq neytral mövqe tutmalı olan bir ölkənin açıq ermənipərəst ovqatını pisləyən şüarlar səsləndiriblər.

Aksiyanın icazəsiz olduğu əsas gətirən polis qüvvələri gənclərin piketinə müdaxilə edib və onlar Fransa səfirliyinin qarşısından uzaqlaşdıraraq "Malakan" bağına doğru sıxışdırıb.