Aleyna Tilkiyə nə olub?

aleyna-tilkiye-ne-olub
Oxunma sayı: 2341

Müğənni Aleyna Tilki instaqramda paylaşdığı video ilə hər kəsi təəccübləndirib. “Qafqazinfo” xəbər verir ki, “İlk dəfə bu qədər səmimi davranıram” başlıqlı görüntülərdə ifaçı göz yaşlarını saxlaya bilməyib. 

“Bu günə kimi xalq nə istədisə, onu etdim. Ürəyim nəyə icazə verdisə, onu reallaşdırdım. Amma bu gündən sonra özüm üçün bir şey etmək qərarına gəldim”.- deyə Aleyna bildirib. 

Müğənni daha sonra bütün fenomen mahnılarınının aranjımançısı Emrah Karadumanı instaqram səhifəsindən silib. O, dostunun ünvanına tvitterdə ağır sözlər deyib. 

İfaçının anası daha sonra instaqramda canlı yayıma qoşularaq qızını axtardığını qeyd edib. Bundan sonra Türkiyə KİV-ləri pop ulduzun itkin düşməsi barədə xəbər yayıb. 

Aleyna isə bir neçə saat sonra itkin düşmədiyini, evdə olduğunu bildirib:

“İnsanlar ağlaya bilməz? Qəlbləri qırılmaz? İtkin düşməmişəm, evimdə, otağındayam. Bir azdan yatacam”.