Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

tanzaniyada-200-min-insan-dasqinlardan-zerer-cekdi
Oxunma sayı: 695

Tanzaniyada güclü yağışlar səbəbilə  yaranan daşqınlar nəticəsində azı 155 nəfər ölüb. 

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kasim Macaliva bildirib.

“51 mindən çox ev təsərrüfatı və 200 min şəxs zərər çəkib. 155 nəfər həlak olub, 236 nəfər yaralanıb”.

Baş nazir bildirib ki, əkin sahələri, eləcə də infrastruktur - körpülər, avtomobil yolları və dəmir yolları məhv olub.