“Altılıq”da ilk dövrə başa çatır

altiliqda-ilk-dovre-basa-catir
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi məlumata görə, bununla hər iki “altılıq”da ilk dövrəyə yekun vurulacaq.
Peşəkar Futbol Liqası turun qarşılaşmalarının statistik göstəricilərini təqdim edib:

XXVII tur, 07 aprel (şənbə)

“İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
+9=8-12, top fərqi – 20:29

Mükafatlar uğrunda mübarizə aparan rəqiblər yubiley – 30-cu duelə çıxacaqlar. Əvvəlki oyunlarda daha üstün olan “Qarabağ” son 5 matçda da rəqibi üçün “kabus”a çevrilib. Belə ki, paytaxt təmsilçisi rəqib qapısına növbəti dəfə qol vurmaq üçün 574 günlük həsrətə son qoymalıdır. Bu qədər müddətdir qol və təbii ki, qələbə həsrəti yaşayan “İnter” son 5 matçda 1 xalla kifayətlənib.

“Qəbələ” (Qəbələ) – “Xəzər Lənkəran” (Lənkəran)

+3=2-9, top fərqi – 11:24

15-ci dəfə üz-üzə gələn komandaların oyunlarında “Xəzər Lənkəran” üstün olsa da son matçlarda qonaqlar xala həsrətdir. Belə ki, 2 komanda arasında son 4 qarşılaşmada meydan sahibləri istisnasız olaraq minimal fərqli qələbə qazanır.


“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə)
+16=9-12, top fərqi – 42:47

Azərbaycanın ən köklü klublarından ikisinin qarşılaşmalarında “Turan” daha çox qələbə qazanıb. Lakin rəqibi üzərində hətta 9:0-lıq qələbəsi olan “Kəpəz” top fərqində öndədir. Onu da vurğulayaq ki, komandaların son 2796 gündəki 9 oyununda qonaqlar qələbə qazana bilməyib.

08 aprel (bazar)


“Neftçi” (Bakı) – “Bakı” (Bakı)
+22=7-7, top fərqi – 55:27

“Neftçi” paytaxt debilərində “Bakı” ilə müqayisədə 3 dəfədən də artıq qələbə qazanıb. Bu üstünlük top fərqində ikiqat fərqdən də çox hiss olunur. Üstəlik paytaxtın eyniadlı təmsilçisi 484 gündür rəqibindən xal ala bilmir. Bu müddətdə “Neftçi” 4 qələbə qazanıb.


“Rəvan” (Bakı) – “Simurq” (Zaqatala)
+0=2-0, top fərqi – 2:2

Cəmi 3-cü dəfə qarşılaşacaq rəqiblərin oyunlarında ənənəvi hesab qeydə alınır. Belə ki, əvvəlki oyunların hər ikisində rəqiblər hərəyə 1 qol vuraraq 1 xal qazanıb.



AZAL (Bakı ) – “Sumqayıt” (Sumqayıt)
+1=0-1, top fərqi – 7:5

Hər dəfə meydan sahibinin qələbəsi ilə ayrılan komandalar 3-cü dəfə üz-üzə gələcəklər. Rəqiblərin oyunları məhsuldarlığı ilə diqqət çəkir Belə ki, 2 matçda artıq 12 qol vurulub.