“AMAY Abdulla”nın işçilərinin məhkəməsi başladı

amay-abdullanin-iscilerinin-mehkemesi-basladi
Oxunma sayı: 1894

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkillər cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 27-də davam etdiriləcək. Təqsirləndirilən şəxslər həbs edilməyib. 

"Xudafərin" MMC-yə "AMAY Abdulla" ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib.

Murad Əhməd