Amerikalı həmsədr Bakıya gəldi

Amerikalı həmsədr Bakıya gəldi
Oxunma sayı: 603

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün Bakıya səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.

Fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popov da Bakıya səfərə gələcəklər. Əsas görüşlər fevralın 7-də keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi