“Aqrolizinq” sədrinin atasının evini soyanlara 25 il cəza istənilib

aqrolizinq-sedrinin-atasinin-evini-soyanlara-25-il-ceza-istenilib
Oxunma sayı: 2151

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V. İbrahimovun 9 il, E.Şirinovun 8 il 6 ay, V.Həsənov və Y.İsmayılovun hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, evindən 50 min manatlıq oğurluq edilən Aydın Mövlayev Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

İttiham olunan şəxslər həmçinin İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıblar.

Murad Əhməd