“Araz” yarımfinala çıxa bilmədi

araz-yarimfinala-cixa-bilmedi
Oxunma sayı: 747

Bu gün futzal üzrə ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində son oyun keçirilib.  “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Araz” Birinci Liqa təmsilçisi “Yasamal-2” ilə qarşılaşıb.

Oyun aşağı dəstə təmsilçisinin 8:7 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, ölkə kubokunun yarımfinalında “Yasamal-2” “Uğur”la, “Marafon Futsal” isə “Hell Energy” ilə qarşılaşacaq.