Arda sevgilisinə belə evlilik təklifi etdi - Video

arda-sevgilisine-bele-evlilik-teklifi-etdi
Oxunma sayı: 2036

Türkiyənin məşhur futbolçusu Arda Turan sevgilisi Aslıhan Doğanla nikah bağlamaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün dostları ilə birgə etdiyi şam yeməyində eşq yaşadığı xanıma evlilik təklifi edib.

Arda üzük çıxararaq Aslıhanın barmağına taxıb.  Sevgilisi A. Turanın bu təklifini cavabsız qoymayıb və “hə” deyib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.