Aşıq Samirədən gözlənilməz imic… - Fotolar

asiq-samireden-gozlenilmez-imic
Oxunma sayı: 3878

Azərbaycanın əməkdar mədəniyyət işçisi Samirə Əliyeva gözlənilməz bir addım atıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl qara saçlarını sarıya boyatdıran aşıq bu dəfə də imicini dəyişmək qərarına gəlib. 

Aşıq Samirə saçlarının rəngini dəyişdirərək boz rəng edib.  İfaçı yeni görüntülərini instaqramdakı səhifəsində paylaşıb. Lakin, yazılan rəylər Samirənin ürəyincə olmayıb. 

Sosial şəbəkə istifadəçiləri Əliyevanı tənqid edib. O, tənqidlərin qarşısını almaq üçün paylaşdığı şəkillərin şərh bölməsini deaktiv edib.