Atasının gözyaşları üçün 3 dəfə dünya çempionu olan əfsanə

atasinin-gozyaslari-ucun-3-defe-dunya-cempionu-olan-efsane
Oxunma sayı: 12692

Dünya çempionatına 2 gün qalması artıq özü ilə birlikdə həyəcan gətirib. “Qafqazinfo” xəbər verir ki, istər dünya mediasında, istərsə də, sosial şəbəkələrdə hər kəs mundialdan danışır. 

Sizə indiyə qədər baş tutmuş dünya çempionatları tarixində baş vermiş maraqlı hadisələri təqdim edəcəyik.

Bu gün sizə mundial tarixinin ən şok hadisələrindən birini xatırldacağıq:

- Niyə ağlayırsan, ata?

- Braziliya dünya kubokunu qazana bilmədi. 

- Ağlama mən sənin üçün dünya kubokunu qazanacağam. 

Mundial tarixinin ən uğurlu komandası Braziliya bir neçə dəfə çempionatla dramatik şəkildə vidalaşdı. Bu böyük uğursuzluqların da həmişə günahkarları var idi. 1982-də Cerezo, 1986-da Ziko, 1998-də Ronaldo, 2010-da isə Felipe Melon günahkar idi. Amma heç bir faciə 1950-ci ildəki kimi deyildi. Heç bir futbolçu da Barbosa qədər günahkar deyildi...

1950-ci illər bütün dünyaya nəsə vəd edirdi. Müharibə başa çatmış, bir çox insan yeni talelərini yazmaq üçün ölkələrini yenidən qurmaya başlamışdı. İdman da bu baxımdan nəsə qazanacaqdı. 12 illik aradan sonra Braziliyada təşkil olunacaq dünya çempionatı dünyanın yeni çempionatı olacaqdı. 

Ev sahibi Braziliya azarkeşlərinin ümid yeri idi. 1949-cu ildə Cənubi Amerika kuboku qazanmışdılar, Paraqvayı finalda 7:0 hesabı ilə məğlub etmişdilər, 8 oyunda 46 qol vurmuşdular.  Dünya çempionatında qrupda Yuqoslaviya və Meksikaya qalib gəldilər, İsveçrə ilə heç-heçə etdilər. 4 qrup liderinin toplandığı finallara keçdilər. Burada İsveçi 7:1, İspaniyanı 6:1 hesabı ilə udmağı bacardılar. Son matça qrupun lideri kimi yollandılar. Son oyunlarında rəqib qrupun ikincisi Uruqvay idi. Uruqvay millisində bir çox önəmli oyunçular yer alsa da, Braziliya kimi gözqamaşdırıcı nəticələri yox idi.  İspaniya ilə heç-heçə etdilər, İsveçi 85-ci dəqiqədə vurduları qollar 3:2 uddular. Bütün bunlar Braziliyanın açıq-aşkar favorit olduğunu göstərirdi. Belə ki, 15 iyun 1950-ci ildə yayımlanan “O Mondo” qəzetinin manşetində “Dünya çempionları” başlığı ilə Braziliya millisinin ilk “11-liy”i var idi. Braziliyalı Zizinyo illər sonra matçdan öncəki gün 2 mindən çox “Braziliya dünya çempionudur” yazılı fotonu imzaladağını açıqlayacaqdı. Uruqvay tərəfindən isə kapitan Obdulio Varela səhnədəydir. Ala bildiyi qədər “O Mondo” qəzeti aldı və iddialı manşetin olduğu qəzeti komanda yoldaşlarına verdi. Braziliya özündən əmin Uruqvay isə istəkli idi. 

16 iyunda mundial üçün inşa edilən məşhur “Marakana” stadionunda komandalarına dünya çempionu gözü ilə baxan 200 min braziliyalı var idi. Qalib olmaqları üçün heç-heçə də kifayət edirdi. Amma alınmadı...

Braziliya qarşılaşmada önə keçsə də, əvvəlcə Xuan Alberto, matçın başa çatmasına 10 dəqiqə qalmış Alcides Giggia qol vurdular. “Maraka”nadakı o möhtəşəm atmosfer ölüm səssizliyi ilə əvəz edildi. “O Mondo” qəzəetinin növbəti günkü başlığı belə idi: “Dramatika, Faciə və Axmaqlıq!”.

“Heç bir zaman məğlubiyyətdən sonra Braziliya xalqı qədər üzgün insanlar görmədim. 200 kin insanı sadəcə 3 futbolçu susdurdu: Frank Sinatra, Papa 2-ci Paul və mən”. Bu sözlər Giggia illər sonra söyləmişdi. Braziliyalılar bu məğlubiyyətə “Marakana zərbəsi” adını verdilər. Uzun illər həmin kabusu unutmadılar. Jurnalist Nelson Rodrigez vəziyyəti “Bizim Xirosimamız” deyə izah etmişdi. 

Məğlubiyyətin günahkarı isə qapıçı Moacir Barbosa idi. O günə qədər böyük karyeraya malik olan çərçivə qoruyucusu günahkar elan edildi. Barbosanın bu səhvi kitablara və filmlərə mövzu oldu. 2000c-i ildə  qapıçı belə bir açıqlama vermişdi: “Braziliyada ən ağır cəza 30 ildir, amma mənim həbsim 50 ildir davam edir”. Bu açıqlamadan qısa müddət sonra o vəfat etdi. 

Braizliyanın dirilişi isə 1950-dən 8 il sonra, yeni sarı formaları ilə İsveçdə yaşandı. İlk kuboklarını orda qazandılar. Sonra isə 1962, 1970-ci illərdə çempion oldular. 16 iyun 1950-də ilk dəfə atasının ağladığını gprən kiçik Edson Arantes do Nasimento, dünyanın Pele kimi tanıdığı ulduz atasına verdiyi sözü tutmuşdu. Həm də 3 dəfə...

Hazırladı: Elsevər