ATƏT-in sabiq həmsədri vəfat etdi

atet-in-sabiq-hemsedri-vefat-etdi
Oxunma sayı: 1361

ATƏT-in Minsk qrupunun sabiq fransalı həmsədri Bernar Fasye vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva yazıb. O B. Fasyeni Azərbaycanın dostu kimi təqdim edib və bu ölümdən təəssüfləndiyini deyib.

Qeyd edək ki, B.Fasye 2004-cü ilin sonundan 2011-ci ilədək ATƏT-in Minsk qrupunun həmsədri olub.