Avrasiya Universitetində Simpozium keçiriləcək

avrasiya-universitetinde-simpozium-kecirilecek
Oxunma sayı: 1559

22-24 noyabr 2018-ci il tarixdə Bakı Avrasiya Universiteti, Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Dil və Mədəniyyət Əlaqələri” adlı Simpozium keçiriləcək.

“Qafqazinfo” xəbər  veri r ki, universitetdə reallaşdırılacaq sempoziumda Azərbaycan-Türkiyə əlaqələrinin dil, mədəniyyət məsələlərinə dair mövcud vəziyyət,eləcə də gələcək perespektivlərin qiymətləndirilməsi ilə bağlı, elmi məruzələrin təqdim edilməsi hədəflənib. Təqdim ediləcək məqalələrdə dil, mədəniyyət, ədəbiyyat, tarix, incəsənət, musiqi, folklor, siyasət və s. sahələrdə əlaqələrin hansı istiqamətdə inkişaf etdirilməsində yeni və orijinal baxışların ortaya qoyulması nəzərdə tutulur. Simpoziumun elmi sessiyaları 22-23 noyabr tarixlərində Bakı Avrasiya Universitetinin əsas korpusunda keçiriləcək . Simpoziumda iştirak edəcək akademik heyət 28 Sentyabr 2018-ci ilə qədər 250 sözdən ibarət Türk və İngilis dillərində [email protected] ünvanına xülasə təqdim etməlidirlər.

Ətraflı bu linkdən tanış ola bilərsiniz: http://azturk2018.yeniturkiye.com/anasayfa/