Azarkeşlər istefa tələb edir

azarkesler-istefa-teleb-edir
Oxunma sayı: 641

“Qafqazinfo”nun türk mediasına istinadən verdiyi xəbərə görə, 2:0 hesabı ilə öndə olan “Fənərbaxça”nın qapısından rəqibin ikinci hissədə 2 top keçirməsi azarkeşləri özündən çıxarıb. Belə ki, onlar “Kocaman istefa” deyə səslənməyə başlayıblar.

Aykut Kocaman isə azarkeşlərin tələbinə münasibət bildirərkən, “istefa” səslərini duymadığını bildirib: "Bu haqda danışmaq istəmirəm. Mən belə bir şey eşitmədim. Polemikaya girmək lazım deyil”.

Texniki direktor həmçinin son dəqiqələrdə hesabın bərabərləşməsinə də aydınlıq gətirib: “Futbol belə bir oyundu. Bu matçda isə qalibiyyəti əldən verdiyimiz üçün çox kədərləndik. Hər kəs son dəqiqələrdə vurulan qolları oyunçu dəyişikliyi ilə əlaqələndirir. Ancaq bu əsas səbəb deyil”.