Azər Qismətdən kitab tanıtımında yenilik - Video

azer-qismetden-kitab-tanitiminda-yenilik
Oxunma sayı: 1176

Yazıçı-jurnalist Azər Qismətin “Çuğullar” romanı  dərc edilib. 

“Qafqazinfo” xəbər verir ki, “Xan” nəşriyyatı tərəfindən çap olunan əsər “Kitabevim” mağazalar şəbəkəsində satışa çıxarılıb. Maraqlı məqam ondan ibarətdir ki, kitabın tanıtımında video çarxdan istifadə edilməklə, yeniliyə imza atılıb. 

Düzdür, ayrı-ayrı vaxtlarda booktreyler festivalları keçirilsə də, filmlər vasitəsilə belə yenilik olmayıb. Müəllifin özü bu barədə sosial şəbəkə vasitəsilə bildirib: “Əlbəttə, kitaba uyğun xüsusi çəkiliş qrupu və aktyorlar da tapmaq olardı. Ancaq bu baha başa gəlir. İlkin yeniliyi kinofilmlər vasitəsilə etdim. Ümidvaram ki, şair və yazıçılar gələcəkdə belə effektiv yenilikdən yararlanacaqlar. Prodakşn vasitəsilə kitabların tanıtımı üçün çarxlar çəkmək mümkündür. Bu da ümumilikdə kitab industriyasının inkişafına xidmət edər”.

 Yeri gəlmişkən, “Çuğullar” romanı qısa müddət ərzində oxucular tərəfindən maraqla qarşılanıb. “Kitabevim” mağazalar şəbəkəsindən bildirilib ki, roman tez satılan kitablar arasında liderlərdən biri sayılır. Həmin video-çarxı təqdim edirik.