Azərbaycan Avropa Hərəkatı Konqres keçirəcək

azerbaycan-avropa-herekati-konqres-kecirecek
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, konqres hesabat xarakterli olacaq.

Bakı Slavyan Universitetinin böyük akt zalında keçiriləcək Konqresdə hərəkat rəhbərliyi son bir ilin hesabatını açıqlayacaq, növbəti ilin fəaliyyət planı və hərəkatın Əsasnaməsis əsverməyə çıxarılacaq.

Azərbaycan Avropa Hərəkatının nizamnaməsinə görə, hərəkatın prezidenti və İdarə Heyəti 3 il müddətinə seçilir. Lakin hərəkat rəhbərliyi hər il konqres təşkil edərək hesabatla çıxış edir. Bununla yanaşı hesabat konqresində AAH İdarə Heyəti tərəfindən tövsiyyə olunan qərarlar da müzakirəyə və səsverməyə çıxarıla bilər.
Konqresdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri, yerli ictima-siyasi qurumlar, Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyən aktiv vətəndaşlar, AAH-nın üzvlərivə media nümayəndələri iştirak edəcək.