Azərbaycan və Ermənistan nazirləri Vaşinqtonda görüşə bilər

azerbaycan-ve-ermenistan-nazirleri-vasinqtonda-goruse-biler
Oxunma sayı: 714

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun növbəti görüşü Vaşinqtonda baş tuta bilər.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Mnatsakanyan onlayn mətbuat konfransı zamanı bildirib:

“ATƏT-in Minsk qrupunun üç həmsədri var. Bizim artıq Paris və Moskvada görüşlərimiz olub. Doğrudanmı üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Doğrudanmı biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır. Amerikalı həmkarlarımızın adından danışmaq istəmirəm. Onlar hazırlaşmalıdırlar”.