Azərbaycanda oynamış oyunçu ömürlük futboldan uzaqlaşdırıldı

azerbaycanda-oynamis-oyuncu-omurluk-futboldan-uzaqlasdirildi
Oxunma sayı: 1088

“Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, Karqbo 2010-2013-cu illərdə “Bakı”da çıxış edib. Syerra-leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa təmsilçisi  “Dulviç Hamlet”də oynayıb.