Azərbaycanlı müğənni Necati Şaşmazla görüşə hazırlaşır

azerbaycanli-mugenni-necati-sasmazla-goruse-hazirlasir
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, ifaçı sözləri və musiqisi “Qala” qrupunun üzvü Ceyhuna aid “Sən mənim gözəlimsən” adlı mahnını lentə alan Orxan mahnının oranjmanını Türkiyədə etdirib. Tez bir zamanda mahniya klip çəkdirmək istəyən ifaçı klipini Tükiyənin “TMB” telekanalında da yayımlayacaq.

Qeyd edək ki, klip çəkilişləri zamanı Türkiyəyə gedəcək olan Orxan məhşur “Kurtlar Vadisi” serialının Polat Aləmdarı, yəni Necati Şaşmazla da görüşəcək. Bu görüşü isə ona Türkiyənin ən məşhur şoumeni Acun Ilıcalı yardacaq.

Onu da deyək ki, Orxan Babazadə Acun ilə artıq 2 ilə yaxındır ki tanışdır.

Aynur.B